ağlına dua yaz! / ağlına dua yazdır!

be clever! / be a good man! не будь дураком!
…ağlına belə gətirməmək (mümkün hesab etməmək)
ağlına gələn (hər şey, nə desən, nə istəsən, cürbəcür)
OBASTAN VİKİ
Dua
Dua — qəsdli şəkildə icra olunan ünsiyyət vasitəsilə ibadət obyekti ilə rapportu aktivləşdirmək üçün çağırış və ya hərəkət. Dar mənada bu termin bir ilaha və ya ilahiləşdirilmiş əcdada yönəlmiş supplikasiya və ya intersessiya aktına aid edilir. Ümumiyyətlə, dua həm də şükür və ya tərif məqsədi daşıya bilər, müqayisəli dində daha mücərrəd meditasiya formaları və sehrlərlə sıx bağlıdır. Dua aktı hələ e.ə. III minillikdə yazılı mənbələrdə təsdiq edilmişdir. İndiki dövrdə əksər böyük dinlər bu və ya digər şəkildə duaları əhatə edir. Onlardan bəziləri dua aktının ciddi ardıcıllığını tələb edir və ya kimin dua etməsinə icazə verildiyinə məhdudiyyət qoyur, digərləri isə duanın istənilən vaxt hər kəs tərəfindən kortəbii şəkildə həyata keçirilə biləcəyini öyrədir. Duadan istifadə ilə bağlı elmi tədqiqatlar əsasən onun xəstə və ya yaralı insanların sağalmasına təsiri üzərində cəmlənmişdir. Duanın inanclı sağalmada effektivliyi bir çox tədqiqatlarda ziddiyyətli nəticələrlə qiymətləndirilmişdir. Vikianbarda Dua ilə əlaqəli mediafayllar var.
Dua Lipa
Dua Lipa (22 avqust 1995, Vestminster, Böyük London) — alban əsilli ingilis müğənni və bəstəkar. Model olaraq çalışdıqdan sonra 2014-cü ildə Warner Bros. şirkəti ilə müqavilə bağlayaraq 2017-ci ildə Dua Lipa adlı albomunu çıxardı. Albom Böyük Britaniya sıralamasında üçüncü yerə yüksəldi. Lipa, 22 avqust 1995-ci ildə Londonda doğulub. Adı "Dua" alban dilində "Səni sevirəm", "istəyirəm" və ya "ehtiyacım var" mənasına gəlir. Ailəsi Kosovalı albanlardır. Silviya Yonq Teatr Məktəbində oxumuşdur. 15 yaşında olarkən Londona dönüb və dostları ilə yaşamağa başlamışdır. Dönməkdə məqsədi musiqi karyerası yaratmaq idi.
Dua (dəqiqləşdirmə)
Dua Dua (Əli Şəriəti) Dua (Aleksis Karrel) Dua Lipa — alban əsilli ingilis müğənni və bəstəkar.
İslamda dua
Dua — çağırış, dindarın ALLAHA müaraciəti. Ərəb dilindən tərcümədən, çağırmaq və səsləmək mənalarını ifadə edir. Dini termində isə dua, müxtəlif hacətlərin həyata keçməsi üçün, Allah-taala ilə danışıb, Ondan kömək diləmək mənasını daşıyır. Allah-taala Qurani-Kərimdə buyurur: "(Ya Peyğəmbər!) Bəndələrim səndən Mənim barəmdə soruşduqda, (onlara) de ki, Mən (onlara) daha yaxınam, çağıranın duasını Məni çağırarkən icabət edirəm. Onlar hidayət olsunlar deyə, Mənim də`vətimi qəbul edib, Mənə iman gətirsinlər!" Digər bir ayədə buyurur: "Rəbbiniz dedi: Sizə cavab verim deyə, Məni çağırın!"[3] Bir çox hədislərdə də duanın əhəmiyyətindən söz açılmış və onun üzərində təkid olunmuşdur. Hətta bəzi hədislərdə dua, möminin və Peyğəmbərlərin silahı adlandırılmışdır. Lakin, əsas məsələ insanın dua edərkən kimi çağırması, necə çağırması və nə üçün çağırmasını bilməsi və başa düşməsindən ibarətdir. DUANIN QAYDASI İslam dinində hər bir əməlin özünəməxsus qayda və şərtləri olduğu kimi, duanın da özünəməxsus olan bir sıra qayda və şərtləri vardır. Onların əsaslarını qeyd edirik: Təharətli olmaq Dua edərkən üzü qibləyə tərəf əyləşmək Haram və pis işlər üçün dua etməmək İnam və yəqinlə dua etmək Duada hacətlərin həyata keçməsinə təkid etmək Səhər çağı dua etmək Dua edərkən hacətləri dilə gətirmək Duadan qabaq Allah-taala üçün həmd-səna demək Duadan qabaq və sonra Həzrət Peyğəmbər (s) və onun məsum Əhli-beytinə (ə) salavat göndərmək; Müqəddəs məkanlarda dua etmək və s. (1.
Cam haqqında dua
Cam haqqında dua (Gefsimaniya duası) — İncildə təsvir olunan İsa Məsihin Gefsimaniya bağında etdiyi dua. Xristian ilahiyyatçıların nöqteyi-nəzərindən, dua İsanın iki iradəsi sahib olduğunun ifadəsidir: ilahi və insan. == İncildəki süjet == Cam haqqında dua Yuhənnadan başqa yevangelistlərin hamısı tərəfindən təsvir olunub.
Dua (Aleksis Karrel)
Dua (fr. La Prière) — Aleksis Karrelin elmi-fəlsəfi əsəri. Əli Şəriəti Aleksis Karrelin "Dua" kitabını fars dilinə tərcümə etdikdən sonra öz fikirlərini də əsərə əlavə etmişdir. Hər iki müəllifin əsəri 2015-ci ildə Ağabala Mehdiyev tərəfindən azərbaycan dilinə tərcümə olunmuş və 1 ad, 2 hissədə Parlaq İmzalar nəşriyyatında nəşr olunmuşdur.
Dua (Əli Şəriəti)
Dua — Əli Şəriətinin elmi-fəlsəfi əsəri. Dr. Əli Şəriətinin dərin düşüncələrinin və mənəvi dünyasının məhsulu olan “Dua” kitabı onun digər əsərləri içərisində öz parlaqlığı ilə seçilir. Kitabın birinci hissəsində Dr. Şəriətinin tərcümə etdiyi Nobel mükafatı laureatçısı Aleksis Karrelin mövzu dərinliyi ilə insanı heyrətləndirən “La Priere” (Dua) kitabçası yer almışdır. Sonrakı hissələrdə isə Dr. Şəriətinin özünün duanın mahiyyəti, fəlsəfəsi, eşq, ehtiyac və mübarizə kimi məsələlərin müasir nəzəriyyələrlə qarşılaşdırılması və təhlili, müsəlmanlar arasında durğunluğa səbəb olmuş bu mövzulara müəllifin geniş elmi və dünyagörüşü pəncərəsindən orijinal baxışları yer almışdır. Kitabın ən həyəcanlı səhifələri isə Dr. Şəriətinin coşqun, dərdli, fəlsəfi, tənqidi, üsyankar ruhundan pərvazlanan dualarıdır. Əslində isə, bu, dua müstəvisində onun İslam cəmiyyəti ilə bağlı arzularının və qəlb çırpıntılarının təzahürüdür.
Milli Dua Ziyafəti
Milli Dua Ziyafəti (ing. National Prayer Breakfast) — ABŞ-də prezidentlərin və dövlət nümayəndələrinin iştirakı ilə hər il keçirilən ən böyük mərasimlərdən biri. 2014-cü ildəki Ziyafətə dünyanın 134 ölkəsinin nümayəndəsi, o cümlədən iki ölkənin prezidenti, xeyli sayda dövlət və ictimai xadim qatılmışdır. 2015-ci ildeki Ziyafetde Azərbaycanı temsil edən yeganə Azərbaycanlı Dr Vüqar Şahbazlı olmuşdur. Bu NPB-də ilk defe olaraq XIV Dalay Lama da iştirak etmişdir.
Xeyir-dua verən Məsih (Rafael)
Xeyir-dua verən Məsih (it. Cristo benedicente) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1505-ci ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Xeyir-dua verən Məsih" əsəri hal-hazırda İtaliyanın Lombardiya əyalətində, Breşia şəhərindəki Pinakoteka Tozio Martinenqoda saxlanılır. Məsihin xüsusiyyətləri Rafaelin avtoportretinə bir qədər bənzəyir.
Ölümcül xeyir-dua (film, 1981)
Ölümcül xeyir-dua (ing. Deadly Blessing) — 1981-ci ildə Qorxu filmi janrında çəkilən ABŞ filmlərindən biridir. Filmin rejissoru məşhur ABŞ rejissoru və ssenaristlərindən biri Ues Kreyvendir. Filmin ilk baxış tarixi 14 avqust 1981-ci ildə ABŞ-də baş tutmuşdur. Filmə ən çox izləyiciləri sırasına ABŞ və İspaniya kimi ölkələr daxildir. Filmin mövzusu ferma ətrafında baş verir. İki cütlük Cim və Marta ailə qurduqdan sonra fermaya köçürlər. Lakin bir gün Cimin çox qəribə ölümündən sonra fermada sakitlik pozulmağa başlayır və qəribə hadisələr baş verir. Cim Şmidt (Duqlas Barr) "Bizim xeyir-duamız" adlandırılan izolə edilmiş fermada yaşayır. Bu ferma ətrafında yaşayan əhali "Hettlər" adlandırılan ciddi dini rejimi olan cəmiyyətdə yaşayırlar.
Yaz
Yaz yaxud bahar - ilin 4 fəslindən biri. Şimali yarım kürədən mart və iyun Yazda ağaclar çiçək açır, hava istiliyi artmağa başlayır. Bu mövsümdə qar əriməsi və bol miqdarda yağışların yağması ilə su yataqları olan dərələr, göllər, Gölməçə və anbarlar su ilə dolar. Baharın xəbərçisi çiçəklərdir. Xüsusilə bu mövsümdə yerli hava depresiyanı alaraq meydana gələn hava dəyişikliklərində xalq arasında Qırx İkindi adı verilən leysan yağışları başlar. Bu yağışlarla şiddətli göy gurultusu, ildırım düşməsi, dolu təhlükəsi və sel fəlakətləri də görülər. Bəzən bu yağışlar cütçülərə çox zərər verər. İnsanlar üzərində də sağlamlıq baxımından mənfi təsirləri ola bilər. Yorğunluq, halsızlıq yazın insanlar üzərindəki mənfi təsirlərindəndir. Bu vəziyyətə tibb dilində qısaca bahar yorğunluğu deyilir.
Yaz Xan
Yaz ağçiçəyi
Yaz ağçiçəyi (lat. Leucojum vernum) - ağçiçək cinsinə aid bitki növü.
Yaz baharotu
Yaz fəsli
Yaz yaxud bahar - ilin 4 fəslindən biri. Şimali yarım kürədən mart və iyun Yazda ağaclar çiçək açır, hava istiliyi artmağa başlayır. Bu mövsümdə qar əriməsi və bol miqdarda yağışların yağması ilə su yataqları olan dərələr, göllər, Gölməçə və anbarlar su ilə dolar. Baharın xəbərçisi çiçəklərdir. Xüsusilə bu mövsümdə yerli hava depresiyanı alaraq meydana gələn hava dəyişikliklərində xalq arasında Qırx İkindi adı verilən leysan yağışları başlar. Bu yağışlarla şiddətli göy gurultusu, ildırım düşməsi, dolu təhlükəsi və sel fəlakətləri də görülər. Bəzən bu yağışlar cütçülərə çox zərər verər. İnsanlar üzərində də sağlamlıq baxımından mənfi təsirləri ola bilər. Yorğunluq, halsızlıq yazın insanlar üzərindəki mənfi təsirlərindəndir. Bu vəziyyətə tibb dilində qısaca bahar yorğunluğu deyilir.
Yaz mandraqorası
Yaz mandraqorası (lat. Mandragora vernalis) — quşüzümükimilər fəsiləsinin mandraqora cinsinə aid bitki növü.
Yaz xaçgülü
Yaz xaçgülü (lat. Senecio vernalis) — xaçgülü cinsinə aid bitki növü. Birillik, cavan vaxtı torvari-tüklü və ya yunvari, aşağı hissəyə doğru demək olar ki, çılpaq bitkidir. Kökümsovu milşəkilli, açıq qəhvəyi rənglidir. Gövdəsi (2) 15-60 (80) sm hündürlükdə, düz, çox vaxt tək, boş qalxanvari budaqlanandır. Gövdəətrafı yarpaqlar saplağa daralan, belvari və ya uzunsov-belvari, kənarları seyrək dişli; aşağı gövdə yarpaqları qısa saplaqlı, lələkvaribölümlü, hissələri uzunsov seyrək dişlidir; orta yarpaqlar oturaq, yuxarı yarpaqlar dar hissələrə lələkvari bölünmüşdür. Səbət boş qalxanvari-süpürgəvari çiçəkqrupundadır (nadir hallarda tək çiçək). Sarğı silindrvarizəngvari, 4-7 mm enində, solğun. Dilcikşəkilli çiçəklər qızılı-sarı, sarğıdan 2 dəfə uzundur. Toxumcaları silindrvari, 3 mm uzunluqda; kəkili ağ, toxumcadan 2 dəfə uzundur.
Yaz zirinci
Yaz zirinci (lat. Berberis vernae) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. Vətəni şimal-qərbi Çindir. Tyan-Şanın şərq (Çin) hissəsinin dağlarında yayılmışdır. Hündürlüyü 2 m-dək olan, yarımdərili yarpaqlı və uzun (5 sm-dək) iynələri olan koldur. 8 yaşında hündürlüyü 1,4 m-ə, çətirinin diametri 140 sm-ə çatır. Vegetasiyası aprelin ikinci yarısından oktyabrın ortalarına qədərdir. Yavaş böyüyür və 6 yaşından hər il çiçəkləyir, meyvə verir. İyunun ortalarında təxminn 10-12 gün çiçəkləyir. Meyvələri oktyabrın əvvəllərində yetişir.
Yaz çınqıllıqotu
Yaz çınqıllıqotu (lat. Rhinanthus vernalis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin orobanşkimilər fəsiləsinin çınqıllıqotu cinsinə aid bitki növü. Hündürlüyü (8) 15-50 sm, gövdəsi düz, zəif tüklü və ya çılpaqdır, tünd rəngli uzununa cizgili və düyünaraları uzanmış olan birillik ot bitkisidir. Yarpaqları qarşı-qarşıya düzülmüş, oturaqdır, uzunsov-neştərvari, neştərvari və ya ensiz neştərvaridir, sivri, küt və ya demək olar ki, yastı dişcikləri olan mişarvari-dişlidir, təpə hissədə qısa daralmışdır, qısa tüklü və kələkötürdür. Tac açıq-sarı rəngdədir, uzunluğu 15-20 mm-dir, tacın borucuğu azacıq bükülmüşdür və kasacıqla eyni uzunluqdadır. Qutucuq ovalşəkillidir, kasacıqdan qısadır, uzunluğu 10-12 mm-dir. Toxumlarının uzunluğu 5 mm-ə qədər, oval, eni 1 mm-ə yaxın olan qanadı vardır. İyul İyul-avqust Azərbaycanda yayılması: BQ (Quba) BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi, Nax. dağ. Orta və ya subalp qurşaqlarında.
Yaz yastıqotu
Yaz yastıqotu (lat. Draba verna) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin yastıqotu cinsinə aid bitki növü. Hündürlüyü 4-20 sm, gövdəsi nazik və çılpaq olan birillik ot bitkisidir. Yarpaqları uzunsov və ya uzunsovneştərvari olub, oturaqdırlar, qaidəsinə doğru tədricən daralmışdır, küttəhərdir, seyrək şaxəli tüklərlə örtülmüşdür. Ləçəklərinin uzunluğu 1,5–4 mm-dir, ağ rəngdədir. Qıncıqları ellipsvari və ya uzunsovellipsvaridir, uzunluğu 3–7 mm, eni 1,5–3 mm olub, uzun saplaq üzərindədir. Mart-aprel aylarında çiçəkləyir, aprel-may aylarında meyvə verir. Samur-Şabran oval., Qob., Kür-Araz oval., Kür düz., Nax. dağ., Lənk. dağ., Lənk.
Adımı Kalbine Yaz
Adımı Kalbine Yaz - Tarkanın 29 iyul 2010 - cu ildə çıxardığı sayca səkkizinci studio albomudur. Alboma daxil olan mahnılar üzərində Tarkan, Sezen Aksu, Yıldız Tilbe, Ozan Çolakoğlu, Mithatcan, Günay Çoban və başqaları işləmişlər. Son albomunun yayımlanmasından sonra çıxışı dəfələrlə təxirə salınmış bu albom uzun çalışmalardan sonra 2010 - cu ildə dinləyicilərə təqdim edilmişdir. Alboma daxil olan nmahnılar hamısı türk dilində ifa edilmişdir. Müğənni müsahibələrinin birində albomun ərsəyə gəlməsi üçün çox əmək sərf etdiyini qeyd etmişdir. Albomun satşa çıxarılmasından əvvəl 11 may 2010 - cu il tarixində alboma daxil olan Sevdanın Son Vuruşu mahnısı promo sinql kimi satışa çıxarılmış və böyük uğur qazanmışdır. Ümumilikdə albom satışa çıxarıldığı iki ay müddətində 591.782 nüsxəylə satılmaqla böyük uğur qazanmışdır.
Yaz-Payız dövrü
Çunszu dövrü ya Yaz-Payız dövrü (çin. sadə. 春秋時代, pinyin: Chūnqiū Shídài, hərfi mənası: "Çunszu Şiday") — Çin tarixində Çunszu səlnaməsinə əsasən e.ə. 722 - e.ə. 481 illəri əhatə edən bir dövr.Bu dövr Şərqi Çjou sülaləsinin başlanğıcına aid edilir.
Mərkəzi avropa yaz saatı
Mərkəzi avropa yaz saatı (MAYS) — UTC+02.00 saat qurşaqlarından birinin adı, UTC-dən iki saat qabaqdadır. Bir çox Avropa ölkəsində və Şimali Afrika ölkələrində gün işığından faydalanmaq üçün istifadə olunur. Qış vaxtı (+01.00) istifadə olunur. Aşağıdakı ölkələr və Quru məkanları yayda Mərkəzi Avropa Yay Vaxtından martın son bazar günü saat UTC 1:00-dan oktyabrın son bazar günü saat 1:00-a qədər istifadə edir. Albaniya – 1974-cü ildən müntəzəm olaraq Andorra – 1985-ci ildən müntəzəm olaraq Avstriya – 1980-ci ildən müntəzəm olaraq Belçika – 1980-ci ildən müntəzəm olaraq Bosniya və Herseqovina, 1983-cü ildən müntəzəm olaraq Xorvatiya – 1983-cü ildən müntəzəm olaraq Çexoslovakiya – 1979-cu ildən bəri Danimarka – 1980-ci ildən müntəzəm olaraq Fransa – 1976-cı ildən müntəzəm olaraq Almaniya – 1980-ci ildən müntəzəm olaraq Cəbəllütariq – 1982-ci ildən müntəzəm olaraq Macarıstan – 1980-ci ildən müntəzəm olaraq İtaliya – 1966-cı ildən müntəzəm olaraq Lixtenşteyn Lüksemburq – 1977-ci ildən müntəzəm olaraq Şimali Makedoniya – 1983-cü ildən müntəzəm olaraq Malta – 1974-cü ildən müntəzəm olaraq Mərakeş – 1976-cı ildən müntəzəm olaraq Monteneqro – 1983-cü ildən müntəzəm olaraq Niderland – 1977-ci ildən müntəzəm olaraq Norveç – 1980-ci ildən müntəzəm olaraq Polşa – 1977-ci ildən müntəzəm olaraq San-Marino – 1966-cı ildən müntəzəm olaraq Serbiya – 1983-cü ildən müntəzəm olaraq Slovakiya – 1979-cu ildən müntəzəm olaraq Sloveniya – 1983-cü ildən müntəzəm olaraq İspaniya (Kanar adaları istisna) – 1974-cü ildən müntəzəm olaraq İsveç – 1980-ci ildən müntəzəm olaraq İsveçrə – 1981-ci ildən müntəzəm olaraq Tunis – 2005-ci ildən bəri Vatikan – 1966-cı ildən müntəzəm olaraq CEST 1993–1995-ci illərdə Portuqaliyada da istifadə edilib.
Yaz yuxusunun işığı (film, 1996)
Quruluşçu rejissor: Rövşən Almuradlı
Yaz harada, biz orada (film, 1984)
Film qədim zamanlardan Azərbaycan xalqının məişətinə daxil olmuş xalçaçılıq sənətindən bəhs edir.